"Real Madrid"in müdafiəçisi Din Höysen İspaniya millisinin düşərgəsindən ayrılıb.
Oxu.Az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, oyunçu Gürcüstan millisinə qarşı matçda əzələ narahatlığı yaşayıb və bu barədə "Real Madrid" klubuna məlumat verilib.
Qeyd edək ki, İspaniya milli komandası sabah Türkiyə ilə üz-üzə gələcək.