Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Real Madrid"in ulduzu daha bir klubun sahibi olub
Braziliya yığmasının və "Real Madrid"in hücumçusu Vinisius Junior daha bir futbol klubu alıb.
Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu bu dəfə vətənində çıxış edən komandaya müraciət edib.
Söhbət Braziliyanın ikinci divizionunda yarışan "Athletic Club"dan gedir.
Adıçəkilən klub yeddi turdan sonra altı xalla 15-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, bu, Vinisiusun sahibi olduğu ikinci komandadır. O, bu ilin fevralında 10 milyon avro müqabilində Portuqaliyanın ikinci divizionunda yarışan "Alverka"nın səhmlərini alıb.
"Real Madrid FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar