İspaniyanın "Real Madrid" klubu mövsümün sonunda sağ cinah hücumçusu Rodriqo ilə yolları ayıracaq.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, buna səbəb hücumçunun "Kral" klubundan maaşını artırmaq tələbi olub.
Qeyd edək ki, Rodriqonun "Real Madrid"lə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.