Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
Region Liqasının bütün iştirakçıları bəllidir - ADLAR
AFFA-nın təşkilatçılığı ilə üçüncü dəfə keçiriləcək Region Liqasının cari mövsüm üçün iştirakçıları müəyyənləşib.
Oxu.Az xəbər verir ki, 2019/2020 mövsümündə həvəskar statuslu bu çempionatda 24 komanda mübarizə aparacaq.
Həmin komandalar bunlardır:
Bakı və Şimal zonası: “İrəvan”, “Qardaşlar” (hər ikisi Bakı), “Uğur” (Sumqayıt), “Şahdağ”, “Şirvanovka”, “Qusar” (hər üçü Qusar), “Xudat” (Xaçmaz), “Şahdağ” (Quba);
Mərkəz zonası: “Şamaxı”, “Araz” (Saatlı), “Ağsu Siti”, “İmişli”, “Mil” (Beyləqan);
Cənub zonası: “Şıxlar” (Qobustan), “Neftçala”, “Ümid” (Cəlilabad), “Ərkivan” (Masallı), “Alyans” (Lənkəran), “Astara”;
Qərb və Şimal-Qərb zonası: “Qoşqar UGİM-2” (Gəncə), “Göyəzən” (Qazax), “Energetik” (Mingəçevir), “Şəki”, “Oğuz”.
Qeyd edək ki, Region Liqasının bu gün dörd zonası üzrə püşkü atılacaq. İlk iki mövsümün qalibinin Sumqayıtın “Uğur” komandası olduğu çempionata oktyabrın 26-da start veriləcək. Liqanın 2020-ci ilin mayında başa çatması gözlənilir.
Səbuhi Musayev
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Elçin Məmmədov AFFA İntizam Komitəsindən ayrıldı
- AFFA Premyer Liqaya yüksəlməyə namizəd komandalara bir il vaxt verdi
- Ayxan Abbasov: "Azərbaycanlı olaraq ölkənin ikinci komandasında çalışmaq şərəfdir"
- AFFA heyətində yetərsay olmadığına görə komandaya texniki məğlubiyyət verdi
- Elvin Cəfərquliyev və Musa Qurbanlıya sanksiya tətbiq olunacaq