Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya yarımfinal yürüşündə çıxış edib.
Oxu.Az-ın məlumatına görə, 34 yaşlı idmançı qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafədə mübarizə aparıb.
O, seçmə yürüşdə olduğu kimi, yarımfinalda da finişə hamıdan öndə çatıb. Bu dəfə Osipenko-Radomskaya 39,803 saniyə nəticə göstərib.
17:46
“Rio-2016”da ölkəmizi kayak yarışlarında təmsil edən İnnan Osipenko- Radomskaya təsnifat görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, idmançımız bir nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə seçmə yarışlarına qatılıb.
Təsnifat yarışlarında birinci olan idmançımız saat 18:00-da başlayacaq yarımfinal görüşlərinə qatılacaq.
Finala vəsiqə uğrunda idmançımız argentinalı Sabrina Ameghino, Viktoriya Şvarz (Avstriya), Macarıstan təmsilçisi Nataşa Douçev-Yaniç, fransalı Sara Quyot, slovakiyalı Spela Ponomarenko Yaniç, çinlu Yu Jou və Danimarka idmançısı Henriette Hansenə qarşı yarışacaq.