Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının son yarış günündə daha bir təmsilçimiz mübarizəyə qoşulub.
Oxu.Az xəbər verir ki, atletimiz Evans Kiplaqat Barkovet marafon qaçışında iştirak edib.
O, 40 kilometr məsafəyə marafon qaçışında 155 idmançı arasıda finişə 2:15:31 saniyəlik göstərici ilə 28-ci çatıb.
Finişə ilk olaraq keniyalı atlet Kipçoce Eliud, ikinci efiopiyalı Lilesa Feyisa, üçüncü isə ABŞ təmsilçisi Rupp Galen çatıb.