Argentina millisinin yarımmüdafiəçisi, 2022-ci il dünya çempionu Tyaqo Almada "Atletiko Madrid"dən "River Pleyt"ə keçib.
Oxu.Az xəbər verir ki, bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə üç il yarımlıq müqavilə imzalanıb.
Daha əvvəl KİV-də Argentina klubunun Almada üçün 20 milyon ödəyəcəyi bildirilmişdi. Bu məbləğ təsdiqlənərsə, transfer Argentina çempionatı tarixində rekord olacaq. Bununla belə, "Atletiko Madrid" 2027-ci ilin dekabrına qədər fikrini dəyişəcəyi təqdirdə futbolçunu 40 milyona geri almaq hüququnu özündə saxlayır.
Almada 2025-ci ilin yayından "Atletiko Madrid"də çıxış edirdi. O, ötən mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb, dörd qol vurub və iki məhsuldar ötürmə edib.