Portuqaliya milli komandasının və Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu atasının vəfatından sonra ABŞ-nin "İnter Mayami" klubunun və Argentina yığmasının hücumçusu Lionel Messiyə dəstək olub.
Oxu.Az xəbər verir ki, Ronaldu Messinin sosial şəbəkələrdəki paylaşımının altında dəstək mesajı yazıb.
"Bu ağır məqamlarda səni və əzizlərini bərk-bərk qucaqlayıram, Leo. Mətin ol", - deyə Ronaldu bildirib.

Xatırladaq ki, Xorxe Messi uzun sürən xəstəlikdən sonra avqustun 8-də 68 yaşında vəfat edib. Lionel Messi çərşənbə günü sosial şəbəkələrdə atasına həsr olunmuş təsirli məktub paylaşıb.