Rusiyalı Olimpiya çempionu, ikiqat dünya çempionu Abdulraşid Sadulayevin toy mərasimində Azərbaycanın xalq mahnısı “Sarı gəlin” səsləndirilib.
Oxu.Az BAKU.WS-ə istinadən xəbər verir ki, gəlin toya xalq mahnımızın sədaları altında daxil olub. Daha sonra isə rəqqasələr gəlinlə birlikdə “Sarı gəlin” musiqisinə rəqs ediblər. Sadulayev Dağıstan Dövlət Universitetinin Psixologiya fakültəsinin ikinci kurs tələbəsi Zaira Şapiyeva ilə ailə həyatı qurub. Toy Mahaçqalada baş tutub.
Qeyd edək ki, “tank” ləqəbli Abdulraşid Sadulayev sərbəst güləş üzrə 86 kq çəkidə iki dəfə dünya çempionu, Avropa çempionu, iki dəfə isə Rusiya çempionu titullarının sahibidir. O, 1996-cı ildə Dağıstan Respublikasının Çarodinski rayonunda anadan olub. Milliyyətcə avardır.
A.S.
www.oxu.az