"Futbol üzrə Azərbaycan Kubokunun finalı maraqlı alındı".
Oxu.Az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis "Qarabağ"a qalib gəldikləri (3:2) Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Futbolçular əllərindən gələni etdilər. Onları qələbə münasibəti ilə təbrik edirəm".
Təcrübəli çalışdırıcı klubdakı gələcəyi ilə bağlı da danışıb: "Bu məsələyə yəqin ki, yaxın beş-altı gün ərzində aydınlıq gətiriləcək. Bu barədə danışmaq hələ tezdi. Hələ ki, buradayam və çempionluğu qeyd edəcəyik".
Anar Həsənov