"Sabah"ın futbolçusu Pavol Şafranko əməliyyat olunub.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hücumçu diz oynağındakı menisk yırtığı səbəbindən əməliyyat keçirib.
İspaniyadakı klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb.