FİDE şahmatçıların növbəti reytinq cədvəlini açıqlayıb.
Oxu.Az xəbər verir ki, qrossmeyterimiz Şəhriyar Məmmədyarov yeni reytinq cədvəlində 3-cü sırada qərarlaşıb.
Bu, Azərbaycan şahmatında ilkdir. Belə ki, ilk dəfə azərbaycanlı şahmatçı FİDE-nin reytinq sıyasında bu pilləyə yüksəlib. Ş.Məmmədyarovun hesabında 2799 reytinq xalı var.
Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2837) başçılıq edir.
E.Ə.