Rusiyanın məşhur tennis ustası Mariya Şarapova öz ölkəsinə Federasiya Kubokunun play-off mərhələsində kömək edə bilməyəcək. Dünyanın 6-cı raket ustası üçün ABŞ-da keçirilən turnirlər daha vacibdir.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Tennis Federasiyasının prezidenti Şamil Tarpişev bəyan edib.
“Şarapava dəqiq olmayacaq, onun bütün turnirləri Amerikadadır. Fikirləşirəm ki, həqiqətəndə, rəqibdən yox, özümüzdən başlamalıyıq. Əgər biz ən güclü heyətlə çıxış ediriksə, istənilən komandaya qalib gələ bilərik. Komandanı yığmaq asan olmayacaq”, - Tarpişev “R-Sport” nəşrinə şərhində deyib.
O, əlavə edib ki, Şarapovanı Amerikadan geri çağırmaq mənasızdır.