Mauritsio Sarri "Latsio"nun baş məşqçisi vəzifəsinə qayıdıb.
Oxu.Az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytında məlumat verilib.
66 yaşlı mütəxəssislə bağlanmış müqavilənin müddəti açıqlanmır. Qeyd edək ki, Roma təmsilçisi bazar ertəsi baş məşqçi Marko Baroni ilə yollarını ayırıb.
Xatırladaq ki, Sarri 2021-2024-cü illərdə "Latsio"ya rəhbərlik edib. İtaliyalı mütəxəssis daha əvvəl "Napoli", "Yuventus" və "Çelsi" klublarında da baş məşqçi olub.