"Şəfa" növbəti transferini reallaşdırıb.
Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətindən bildirilib.
Bakı klubu rumıniyalı müdafiəçi Andrey Fernando Draqunu heyətinə qatıb. 26 yaşlı rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Draqu son olaraq "Unirya" klubunda çıxış edib.
Qeyd edək ki, futbolçu karyerası ərzində "Vitorul", "Botoşani" və "Universitatya" kimi komandaların formasını geyinib.

Qaynar xətt:
(055) 224 12 12