Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Slavko Vinçiç: "Həyatım boyu bu qədər gərgin bir oyun idarə etməmişdim"
"Oyun əvvəldən sona kimi qorxu filminə bənzəyirdi".
Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyə mediasına açıqlamasında "Qalatasaray" - "Fənərbağça" derbisini idarə edən matçın baş hakimi Slavko Vinçiç deyib.
"Uzun illərdir hakimlik edirəm. Bir çox önəmli qarşılaşmalarda ədaləti qorumağa çalışmışam. Amma, karyeramın ən ağır görüşü oldu. Özümü qorxu filmində kimi hiss edirdim. Verdiyim qərarlar oyun bitsə belə günlərdir müzakirə olunur. Bir hakim üçün ən riskli qarşılaşmalardan biridir. Yenidən derbi oyunlarını idarə etməyim istənildi. Bu, mənim üçün qürurverici olar", -deyə S.Vinçiç bildirib.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" görüşü qolsuz bərabərliklə (0:0) başa çatıb.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- "Qalatasaray" gənc futbolçusu ilə yollarını ayırmağa hazırlaşır
- Avropanın yaşıl meydanlarında keçiriləcək futbol oyunlarının AFİŞASI
- Joze Mourinyonun alacağı cəza BƏLLİ OLDU
- Türkiyə futbolunda derbilərlə bağlı yeni qərar - Əcnəbi hakimlər idarə edəcəklər
- "Qalatasaray"ın derbi sonrası GİZLİ PLANI - Futbolçulara yazılan məktublar ortaya çıxdı