Şotlandiyanın “Kaudenbit” klubunun müdafiəçisi Cordan Qarden komandasının qapısına təyin olunmuş qəribə penaltinin səbəbkarı olub.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, müdafiəçi hoppanaraq rəqibin ayaqlarına yıxılıb, rəqib isə onun başına ilişib. 80-ci dəqiqədə təyin olunmuş penaltini “Berik” klubunun futbolçusu Maykl MakKenn dəqiq yerinə yetirib.
Görüş 1:0 hesabı ilə “Berik”in qələbəsi ilə başa çatıb.
E.C.
www.oxu.az