Məşhur almaniyalı futbolçu Bastian Şvaynştayqer rəsmi olaraq ABŞ-ın “Chicago Fire” klubuna keçib.
Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, bu barədə məlumat klubun “Twitter” səhifəsində verilib.
B.Şvaynştayqerin bağladığı müqavilənin müddəti uzadılmaq imkanı ilə 2018-ci ilə qədərdir. Müqaviləyə əsasən 32 yaşlı yarımmüdafiəçi ildə 4,5 milyon dollar qazanacaq
Ötən ilin yayında B.Şvaynştayqer millidəki karyerasına son qoyduğunu açıqlamışdı. Almaniya yığmasının heyətində Dünya çempionu, Çempionlar Liqasının qalibi, 8 qat Almaniya çempionu olan Bastian Şvaynştayqer bundan əvvəl Münhenin “Bavariya” və “Mançester Yunayted” klubunun şərəfini qoruyub.
A.S.
www.oxu.az