Dünya dağ qaçışı idmanının tanınmış simalarından biri olan norveçli atlet İda Ameli Robsam Romsdalseggen zirvəsi yaxınlığında həyata keçirdiyi yürüş zamanı yıxılaraq ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə NRK telekanalı məlumat yayıb.
Qeyd olunur ki, polisə turist qrupunun bir üzvünün Romsdalseggen zirvəsi yaxınlığında sürüşərək yıxılması barədə məlumat daxil olub.
30 yaşlı idmançı xilasedici helikopter vasitəsilə ərazidən təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Robsam özünün ən yaxşı nəticəsini bu il iyunun 28-də keçirilən Monblan marafonunda göstərmişdi. O, həmin yarışda yalnız isveçli Tuve Aleksanderssona məğlub olaraq ikinci yeri tutmuşdu.
