Ağır atletika üzrə Avropa, dünya və Olimpiya çempionu olmuş məşhur türkiyəli atlet Naim Süleymanoğlu vəfat edib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, 50 yaşlı idmançı müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib.
Qeyd edək ki, N. Süleymanoğlu xeyli müddət qara ciyər xəstəliyindən əziyyət çəkirdi. Onun qaraciyər transplantasiyası edilməyəcəyi təqdirdə öləcəyi bildirilirdi.
S.B.