İngiltərənin "Tottenhem" klubu futbol tarixinə yeni, lakin heç də arzuolunmaz antirekordla düşüb.
Oxu.Az xəbər verir ki, London klubunun bu mənfi göstəricisi UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko Madrid"ə 2:5 hesabı ilə böyük fərqlə məğlub olmasından sonra qeydə alınıb.
Bu nəticə ilə "Tottenhem" öz tarixində heç vaxt rast gəlinməyən bir statistika müəyyənləşdirib: ardıcıl 6 rəsmi qarşılaşmada meydanı xalsız tərk edib.
Xatırladaq ki, qara zolağa düşən komanda bundan öncə İngiltərə Premyer Liqasında da ardıcıl 5 dəfə məğlubiyyət acısı yaşayıb. London təmsilçisi daxili çempionatda "Mançester Yunayted", "Nyukasl", "Arsenal", "Fulhem" və "Kristal Pelas"ın müqavimətlərini qıra bilməyərək onlara boyun əyib.