Türkiyə Superliqasında 17-ci turun matçları oynanılır.
Oxu.Az xəbər verir ki, "Beşiktaş" doğma azarkeşləri qarşısında "Çaykur Rizespor"u qəbul edib.
Meydan sahiblərinə qələbə üçün bir qol kifayət edib. Raşitsa 64-cü dəqiqədə İstanbul klubunun qələbəsini təmin edən qola imza atıb - 1:0.
Bu qələbədən sonra "qartallar" 29 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıblar. Rize təmsilçisi isə 18 xalla 11-cidir.
Türkiyə Superliqası: "Beşiktaş"a qələbə üçün bir qol kifayət etdi