Türkiyə Superliqasında "Qalatasaray" - "Eyüpspor" oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, "sarı-qırmızılılar" rəqibi 5:1 hesabı ilə məğlub edərək liderliklərini qoruyublar.
"Qalatasaray"ın qollarını 2-ci dəqiqədə Yunus Akgün, 33, 48 və 70-ci dəqiqələrdə İkardi, 87-ci dəqiqədə Onquene vurublar. "Eyüpspor"un yeganə qolunu Metehan qapıdan keçirib.
"Qalatasaray" bu oyundan sonra 55 xalla liderliyini davam etdirir.