Türkiyə Superliqasında son turun matçları keçirilir.
Oxu.Az xəbər verir ki, çempion "Qalatasaray" mövsümün yekun oyununda "Başakşehir"lə üz-üzə gəlib.
İstanbul derbisinin taleyini iki qol həll edib. 17-ci dəqiqədə Mertens penaltidən fərqlənərək hesabı açıb. 81-cü dəqiqədə isə "aslanlar"ın heyətində son dəfə meydana çıxan Osimhen vida qoluna imza ataraq oyunda son nöqtəni qoyub - 2:0.
Beləliklə də, "cim-bom" cari çempionatı 95 xalla zirvədə tamamlayıb. "Başakşehir" isə 54 xalla ilk 5-liyi qapayıb və növbəti mövsüm ölkəsini UEFA Konfrans Liqasında təmsil edəcək.