Bu axşam UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələsində ikinci turun oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, gecənin əsas qarşılaşmalarından birində UEFA Konfrans Liqasında Türkiyə təmsilçisi "Trabzonspor" klubu Finlandiyada KuPS klubunun qonağı olacaq.
Digər Türkiyə təmsilçisi "Beşiktaş" klubu isə UEFA Avropa Liqasında Almaniyada "Hoffenhaym"la üz-üzə gələcək.
Azərbaycanda azarkeşlər KuPS - "Trabzonspor" oyununu Bakı vaxtı ilə saat 20:45-dən etibarən İctimai TV-də, "Hoffenhaym" - "Beşiktaş" matçını isə 23:00-dan etibarən "CBC Sport" TV-də izləyə biləcəklər.
Gecənin digər maraqlı qarşılaşması olan UEFA Avropa Liqasının "Zalsburq" - "Milan" matçı isə 20:45-dən etibarən "CBC Sport" TV-də canlı yayımlanacaq.
UEFA Avropa Liqası
II tur
15 oktyabr
20:45 - KuPS - "Trabzonspor" (İctimai TV);
20:45 - "Zalsburq" - "Milan" ("CBC Sport" TV);
23:00 - "Hoffenhaym" - "Beşiktaş" ("CBC Sport" TV).