Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türkiyədə qəribə olay: Futbol hakimi qumarxanada görüntüləndi
Qumarxanada görüntüləri yayılan 38 yaşlı türkiyəli ədalət təmsilçisi Yaşar Kamal Uğurlu hakimlik karyerasını bu səbəbdən başa vurub.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, hakimin şəkilləri Türkiyə Mərkəzi Hakim Komitəsinə göndərilib, bu görüntülərin real olduğu təsdiqləndikdən sonra Yaşar Kemal Uğurlu karyerasını bitirib.
Daha öncə baş verənlərin pərdə arxasını ortaya çıxaran Türkiyə mediasının iddiasına görə, Mərkəzi Hakim Komitəsindən Yaşar Uğurluya bildirilib: "Bu, sənin şəxsi həyatındır, biz qarışa bilmərik. Amma qaldığın hoteldəki bütün ödənişlərin sənə aid olmasına dair sənəd təqdim etmək məcburiyyətindəsən, əks halda polis orqanları tərəfindən saxlanılacaqsan və məsələ araşdırılacaq".
Yaşar Uğurlu bunu isbat edə bilmədiyi üçün isə karyerasını bitirmək məcburiyyətində qalıb.
Bu hadisədən sonra, Türkiyə Superliqasında çıxış edən komandalar Mərkəzi Hakimlər Komitəsindən iclas keçirilməsini və məsələ ilə bağlı açıqlama verilməsini tələb ediblər.
"Türkiyə Superliqası" teqi üzrə xəbərlər
- Türkiyə Superliqasında 2025/26 mövsümünün başlanacağı tarix açıqlandı
- Bu gün keçiriləcək ən maraqlı futbol oyunlarının AFİŞASI
- Türkiyə Superliqasında derbiləri qadın hakimlər idarə edə bilərlər
- Avropanın yaşıl meydanlarında keçiriləcək futbol oyunlarının AFİŞASI
- "Qalatasaray"ın çempionluq şansı azaldı - Türkiyə Superliqasının qalibi kim olacaq?