UEFA Avropa Liqasının 1/4 final mərhələsinin oyunlarına "Braqa" - "Real Betis" matçı ilə start verilib.
Oxu.Az xəbər verir ki, "Munisipal-di-Braqa" stadionunda baş tutmuş görüş qollu heç-heçə ilə yekunlaşıb - 1:1.
Florian Qriliç 5-ci dəqiqədə ev sahiblərini hesabda önə çıxarıb. Qonaqlardan Kuço Ernandes 62-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə yekun hesabı müəyyənləşdirib.
Tərəflər arasında cavab qarşılaşması aprelin 16-da keçiriləcək.