UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçlarına start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə cəmi bir görüş keçirilib.
Kiprin "AEK Larnaka" klubu doğma meydanda "Brann" ilə üzləşib. Artıq matçın ilk hissəsində meydan sahibləri azlıqda qalıblar ki, bu da qarşılaşmanın yekun nəticəsinə təsir edib - 0:4.
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk görüş Norveç təmsilçisi "Brann"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə də, iki oyunun nəticəsinə görə (1:6) skandinavlar turnirin liqa mərhələsinə adlayıblar.
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçlarına start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə cəmi bir görüş keçiriləcək.
"AEK Larnaka" doğma meydanda "Brann" ilə üzləşəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk görüş Norveç təmsilçisi "Brann"ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
27 avqust
UEFA Avropa Liqası
Pley-off mərhələsi
Saat 20:30, "AEK Larnaka" - "Brann" (ilk oyun - 1:2).