UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Qalatasaray" evdə "Liverpul"u minimal hesabla məğlub edib - 1:0.
Oxu.Az xəbər verir ki, İstanbul təmsilçisinin yeganə qolunu matçın 7-ci dəqiqəsində Mario Lemina vurub.
Tərəflər arasında cavab qarşılaşması martın 18-də keçiriləcək.
"Qalatasaray" klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyununa çıxır.
Oxu.Az xəbər verir ki, Türkiyə təmsilçisi bu mərhələdə İstanbulda "Liverpul" komandası ilə qarşılaşır.
Qeyd edək ki, qarşılaşmanı canlı olaraq izləyə bilərsiniz:
UEFA Çempionlar Liqası: "Qalatasaray" "Liverpul"u əliboş yola saldı - VİDEO