UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində keçirilən "Atletik Bilbao" -"Qarabağ" matçı 3:1 hesabı ilə Bilbao təmşilçsinin qələbəsi ilə yekunlaşıb.
Oxu.Az xəbər verir ki, matçda hesabı 1-ci dəqiqədə Leandro Andradenin qolu ilə "Qarabağ" açıb.
"Atletik"in heyətində qolları Qorka Quruseta (40, 88) və Robert Navarro (70) vurublar.
Qeyd edək ki, "Qarabağ" növbəti matçıbı noyabrın 5-də Bakıda "Çelsi"yə qarşı keçirəcək.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində keçirilən "Atletik Bilbao" -"Qarabağ" matçında ispanlar üçüncü qolu vurublar.
Oxu.Az xəbər verir ki, "Qarabağ"ın qapısından üçüncü topu 88-ci dəqiqədə Qorka Quruseta keçirib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində keçirilən "Atletik Bilbao" -"Qarabağ" matçında ev sahibləri ikinci qolu vurublar.
Oxu.Az xəbər verir ki, "Qarabağ"ın qapısından ikinci topu 70-ci dəqiqədə Robert Navarro keçirib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində keçirilən "Atletik Bilbao" -"Qarabağ" matçında ikinci hissə başlayıb.
Oxu.Az xəbər verir ki, oyunda hesab 1:1-dir.
Qolları 1-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Leandro Andrade, 40-cı dəqiqədə Qorka Quruseta vurublar.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində keçirilən "Atletik Bilbao" -"Qarabağ" matçında birinci hissə 1:1 hesabı ilə başa çatıb.
Oxu.Az xəbər verir ki, qolları 1-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Leandro Andrade, 40-cı dəqiqədə Qorka Quruseta vurublar.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində keçirilən "Atletik Bilbao" -"Qarabağ" matçında hesab bərabərləşib.
Oxu.Az xəbər verir ki, meydan sahiblərinin heyətində 40-cı dəqiqədə qolu Qorka Quruseta vurub.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində keçirilən "Atletik Bilbao" -"Qarabağ" matçında Ağdam təmsilçisi ilk dəqiqədə hesabı açıb.
Oxu.Az xəbər verir ki, qolu Leandro Andrade vurub.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində "Atletik Bilbao" -"Qarabağ" qarşılaşması start götürüb.
Oxu.Az xəbər verir ki, Bilbao şəhərinin "San Mames" stadionunda keçirilən matçı xorvatiyalı hakim İqor Payats idarə edir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda qarşılaşacaq "Atletik Bilbao" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, "San Mames" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Atletik": Unai Simon, Andoni Qorosabel, Aytor Paredes, Oyan Sanset, İnyaki Uilyams, Niko Uilyams, Qorka Quruseta, Emerik Lyaport, Yuri Berçiçe, Mikel Xauregisar, Alexandro Reqo
"Qarabağ": Mateuş Koxalski, Kevin Medina, Mateus Silva, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Kadi Borges, Pedro Bikalyo, Abdullah Zubir, Leandro Andrade, Kamilo Duran, Nəriman Axundzadə.
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda "Qarabağ" növbəti oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, təmsilçimiz İspaniyanın "Atletik Bilbao" klubu ilə üz-üzə gələcək.
"San Mames" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Qeyd edək ki, "Qarabağ" növbəti oyununu noyabrın 5-də öz meydanında "Çelsi" klubuna qarşı keçirəcək.
Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində iki görüşdən sonra 6 xal toplamağı bacarıb.
22 oktyabr
UEFA Çempionlar Liqası
III tur
Saat 20:45, "Atletik Bilbao" - "Qarabağ".