Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
UEFA Gürcüstan və Türkiyə Futbol Federasiyalarını cərimələdi
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) AVRO-2024-ün qrup mərhələsinin oyunu zamanı Dortmunddakı stadionda azarkeşlər arasında baş verən dava səbəbindən Gürcüstan və Türkiyə futbol federasiyalarına cərimə tətbiq edib.
Gürcüstan Federasiyasına 30 min avro (54,8 min manat), Türkiyə Federasiyasına isə 25 min avro (45,6 min manat) cərimə kəsilib.
Bu barədə UEFA-nın Mətbuat Xidməti məlumat verib.
Bundan əlavə, azarkeşlərin pirotexnikadan istifadəsinə görə Gürcüstan Federasiyası 6 250 avro (11,4 min manat), Türkiyə Federasiyası isə 9 750 avro (17,8 min manat) cərimələnib.
Gürcüstan Federasiyası Portuqaliya komandası ilə oyunun nəticələri (2:0) ilə əlaqədar azarkeşlərin meydana qaçması və pirotexnikadan istifadəyə görə də 9,75 min avro (17,8 min manat) cərimələnib.
Xatırladaq ki, Gürcüstan yığması ilk dəfə Avropa çempionatında iştirak edib. Komanda qrup mərhələsində üçüncü yeri tutub və 1/8 finala çıxıb, burada 1:4 hesabı ilə İspaniya millisinə məğlub olub.
Mənbə: Apnews.com
Rəylər