UEFA ilin “ən yaxşı futbolçusu” adına namizədləri müəyyənləşdirib.
Oxu.Az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilir.
Məlumata əsasən, ilin “ən yaxşı oyunçusu” adına Turin “Yuventusu”nun qolkiperi Canluici Buffon, Kataloniya “Barselona”sının hücumçusu Lionel Messi və Madrid “Real”ının forvardı Kriştianu Ronaldu namizəddir.
Qalib avqustun 24-də müəyyənləşəcək.
N.О.