Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu oyun günündə səkkiz qarşılaşma baş tutacaq.
A Liqasının I qrupunda diqqətlər Türkiyə - Fransa və İtaliya - Belçika oyunlarına yönələcək.
B Liqasının II qrupunda Gürcüstan Şimali İrlandiyanı qəbul edəcək, Macarıstan isə Ukrayna ilə qarşılaşacaq. B Liqasının IV qrupunda Polşa Bosniya və Herseqovina ilə, İsveç isə Rumıniya ilə münasibətlərinə aydınlıq gətirəcək.
C Liqasının II qrupunda Ermənistan Latviyanı qəbul edəcək, Monteneqro isə Kiprlə üz-üzə gələcək.
UEFA Millətlər Liqası
25 sentyabr
A Liqası, I qrup
22:45. İtaliya - Belçika;
22:45. Türkiyə - Fransa.
B Liqası, II qrup
20:00. Gürcüstan - Şimali İrlandiya;
22:45. Macarıstan - Ukrayna.
B Liqası, IV qrup
22:45. Polşa - Bosniya və Herseqovina;
22:45. İsveç - Rumıniya.
C Liqası, II qrup
20:00. Ermənistan - Latviya;
22:45. Monteneqro - Kipr.