Braziliyalı ulduz Vinisius Juniorun "Real Madrid" klubunu tərk etməmə səbəbi bəlli olub.
Oxu.Az Championat.com-a istinadla xəbər verir ki, buna səbəb futbolçunun "Qızıl Top" mükafatını qazanmaq istəməsi olub.
Qeyd edək ki, Səudiyyə klublarından biri Vinisius Junior üçün illik 350 milyon avro maaş təklif etmişdi.
24 yaşlı hücumçunun təzminatının məbləği bir milyard avro olsa da, Səudiyyə Ərəbistanı klubunun həmin məbləği ödəməyə razı olduğu bildirilmişdi.
Qeyd edək ki, Vinisius Juniorun "Real Madrid"lə müqavilə müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Rəylər