Zaqatala Olimpiya İdman Kompleksində məşqçilər üçün seminar keçirilib.
Azərbaycan Cüdo Federasiyasından Oxu.Az-a verilən məlumata görə, seminarda Zaqatala, Mingəçevir, Qax və Balakəndən olan məşqçi müəllimlərə cüdonun yeni texniki qaydaları haqqında ətraflı məlumat verilib.
Mütəxəssislər Tərlan Poladov, Musa İsmaylov və Tərlan Həsənov məşqçinin məşq prosesini idarə etməsi, tələbələr, onların valideynləri və həmkarları ilə münasibəti, məşqçinin tələbələrinə nəzarəti - məktəb dərs gündəliyi, cüdo üzrə gündəliyi, nizam-intizam, gigiyena, zədələrə qarşı proflaktikası və qidalanmasına nəzərət qaydalarından danışıblar.
Həmçinin, məşqçinin tələbələrini yarışa hazırlamaq prosesi, çəki və qidalanmaya nəzərət, yarışda öz tələbələrini idarəetmə bacarığı, özünü aparma qabiliyyəti barədə təlimatlar verilib. Məşqçinin hakimlik bacarığı, öz yarışlarını təşkil etmə və aparma, tələbələri ilə yarışları müşahidə etmə, onları təhlil və müzakirə etmə bacarığı barədə fikir mübadiləsi aparılıb.
A.M.