"Zirə" klubu Ruan Renato ilə yeni müqavilə bağlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Zirə" FK məlumat yayıb.
Bildirilib ki, braziliyalı müdafiəçi daha iki il "Zirə" FK-da çıxış edəcək.
Yeni müqaviləyə əsasən, futbolçu 2027-ci ilin yayına qədər "qartallar"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Ruan Renato 2023-cü ildən "Zirə"nin formasını geyinir.