21 iyuldan etibarən fakturasız (SimSim) xətt sisteminə aid ləğv edilmiş nömrələrin bərpa əməliyyatı ödənişli olacaq.
Xidmət haqqı 1 (bir) AZN təşkil edəcək.
Qeyd edək ki, əgər nömrə adınıza rəsmiləşdirilibsə, bərpa əməliyyatı üçün 5 AZN nominallı danışıq kartı ilə ofislərə yaxınlaşmalısınız. Həmin məbləğ balansa yüklənilir.
Əgər nömrə digər şəxsin adına rəsmiləşdirilibsə, o zaman (050) prefiksli nömrələr üçün 20 AZN, (051) prefİksli nömrələr üçün isə 10 AZN dəyərində danışıq kartı ilə ofislərə müraciət olunmalıdır. Bərpa olunacaq nömrə adınıza rəsmiləşdirilir və təqdim etdiyiniz danışıq kartı həmin nömrənin balansına yüklənilir.
©trend
E.Ə.