Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Martın 10-dan "WhatsApp" bir sıra telefonlarda İŞLƏMƏYƏCƏK - SİYAHI
10 mart tarixindən etibarən köhnə əməliyyat sistemlərinə sahib cihazlarda "WhatsApp" mesencerindən istifadə mümkün olmayacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Prufo" nəşri xəbərdarlıq edib.
Bildirilib ki, "WhatsApp" "Android 4.4 KitKat" və ondan əvvəlki versiyalarla çalışan cihazlarda əlçatan olmayacaq.
Bu, "LG Nexus 4", "Samsung Galaxy Note 2" və "Galaxy S3", "HTC One X", "Optimus G" və "Motorola Moto G" (1-ci nəsil) kimi modellərə aiddir.
Bundan əlavə, iki ay sonra - 5 may tarixində - "WhatsApp" "iPhone 6" və "iPhone 6 Plus" modellərində, həmçinin "iOS 15.1"dən aşağı versiyalara malik cihazlarda da fəaliyyətini dayandıracaq.
Şirkət bu qərarı köhnə proqram təminatı ilə tətbiqin uyğunlaşdırılmasının çətinləşməsi ilə izah edib.
Yeganə həll yolu - ya yeni bir cihaz almaq, ya da mövcud cihazın əməliyyat sistemini yeniləməkdir (əgər bu, texniki baxımdan mümkündürsə və istehsalçı tərəfindən dəstəklənirsə).
Mühüm məlumatların itirilməsinin qarşısını almaq üçün şirkət istifadəçilərə "WhatsApp" çatlarının ehtiyat nüsxəsini yaratmağı tövsiyə edir: bunun üçün "WhatsApp" ayarlarına daxil olun, "Çatlar" bölməsini seçin, "Google Drive" ("Android") və ya "iCloud" ("iOS") üzərindən ehtiyat nüsxəsini yadda saxlayın.