“Rəqəmli iqtisadiyyatın tərkib hissələrindən biri kimi baxılan əşyaların interneti mövzusunda beynəlxalq konfrans təşkil ediləcək”.
Oxu.Az xəbər verir ki, bu sözləri Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
“Əşyaların interneti dedikdə, faktiki olaraq ətrafımızda olan müxtəlif əşyaların gələcəkdə internetlə əlaqəsi, onların insanın fəaliyyətinə kömək olması istiqamətində müxtəlif məhsulların istehsalı nəzərdə tutulur”, - deyə nazir müavini deyib.
Onun sözlərinə görə, bu istiqamət yaxın 10 ildə dünya üzrə İKT üzrə ən qabaqcıl sahə olacaq:
“Beynəlxalq ekspertlər də bu fikirdədir”, - deyə E.Vəlizadə sözlərinə əlavə edib.
O qeyd edib ki, bu baxımdan biz beynəlxalq konfransda ən qabaqcıl şirkətləri dəvət etmişik.
Ülviyyə R. Əli
www.oxu.az