Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Telegram"ın qurucusu Pavel Durov Fransanı tərk etdi
"Telegram" mesajlaşma tətbiqinin qurucusu Pavel Durov Fransanı tərk edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə AFP öz mənbələrinə istinadla xəbər yayıb.
Bildirilir ki, o, Fransa məhkəməsindən buna icazə alıb.
Durovun Birləşmiş Ərəb Əmirliklərinə, daha dəqiq desək, Dubaya yollandığı vurğulanıb.
Xatırladaq ki, Pavel Durov 2024-cü il avqustun 24-də Le-Burje hava limanında saxlanılıb. Sonra o, 5 milyon avro girov qarşılığında azadlığa buraxılıb.
Bundan əvvəl ona Fransa ərazisini tərk etmək qadağan olunmuşdu.
Prokurorluqdan bildirilib ki, Durovun işi məhkəməyə çıxarılana qədər hələ bir il və ya daha çox müddət uzanacaq.
"Pavel Durov" teqi üzrə xəbərlər
- Pavel Durov: "Məxfi məlumatları açıqlamaqdansa bazardan çıxmağı üstün tuturam"
- Durov "WhatsApp"ı "Telegram"ın ucuz təqlidi adlandırdı
- Pavel Durov: "Evə qayıtmaqdan çox məmnunam"
- Durovun Dubaya uçuş xəbərindən sonra "Toncoin" kəskin bahalaşdı
- "Telegram"ın təsisçisi Pavel Durov Fransada "ilişib qaldı"