Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Yaxın günlərdə elektron hərrac portalı istifadəyə veriləcək
Məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı prosesində şəffaflığın, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaxın günlərdə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə elektron hərrac portalı istifadəyə veriləcək.
Portal hərracda iştirak imkanlarının hər kəs üçün bərabər və əlçatan olmasını təmin etməyi hədəfləyir.
Portalda fiziki və hüquqi şəxslər "Digital login" sistemi vasitəsilə qeydiyyatdan keçərək və elektron kabinet yaradaraq hərrac prosesində iştirak edə biləcəklər. Elektron hərracın keçirilməsi barədə şərtlər, portaldan istifadəyə dair təlimat və hərrac elanları portalın saytı və sosial şəbəkə hesablarında yerləşdiriləcək.
Hərrac proseslərinin rəqəmsallaşmış formada həyata keçirilməsi vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Öz arzusu ilə işdən çıxan ədliyyə işçisinə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək
- Fəridə Hacıyeva: "Bəzi bələdiyyələrdəki gender komissiyaları formal xarakter daşıyır"
- Kamran Əliyev: "Qardaş xalqlar arasında inteqrasiya prosesləri yeni müstəviyə qədəm qoyub"
- Türk Ədliyyə Təlim Şəbəkəsinə Azərbaycanın sədrliyi çərçivəsində beynəlxalq konfrans keçirilir
- Fikrət Məmmədov daha bir vəzifəsini İTİRDİ
Rəylər