17 
Fev
2014
16:00
150
22
10984
Virtual karabakh

Aqşin Babayev: Mən hər döyüşə zədəli gedirəm – MÜSAHİBƏ + FOTOSESSİYA

17 Fev, 2014
16:00
10984

Aqşin Babayev: Mən hər döyüşə zədəli gedirəm – MÜSAHİBƏ + FOTOSESSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çox döyüşdə görürəm ki, onlar məndən çəkinirlər”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı 6 dəfə MMA üzrə, 3 dəfə grappling, 2 dəfə Avropa çempionu, 2 dəfə dünya çempionu olan Aqşin Babayevdir.

- Bildiyimə görə ilk dəfə idmana səni xalan oğlu gətirib. Bəs nə yaxşı qaydasız döyüş? Çünki təhlükəli idman növü sayılır.

- Bəli, ilk dəfə idmana məni xalam oğlu Azər Ələkbərov aparıb. O zaman 7 yaşım vardı.

17.04.1986-cı ildə Salyanda anadan olmuşam, elə Salyanda da böyümüşəm. Ailəm  iki bacım və anamdan ibarətdir. İlk dəfə idmana Salyanda getmişəm. İlk məşğul olduğum idman növü güləş olub.14 yaşım olanda isə Bakıya gəldik və burda davam elədim.

2001-ci ildə xalam oğlunun yanına Moskvaya getdim. Elə orda da məşqlərimdən qalmırdım, davam edirdim. Moskvada döyüş sambosu üzrə çempion oldum. Orada 4 il qaldım və bu ərəfədə də həm məşqlərimi edirdim, həm də döyüşlərə çıxırdım. Altı dəfə MMA üzrə, üç  dəfə grappling, iki dəfə avropa çempionu,  iki dəfə dünya çempionu olmuşam. 3-cü  peşəkar döyüşdə 22 döyüş keçirmişəm, onun 18-i qələbə ilə 4-ü isə məğlubiyyətlə bitib.

- Orda sənə rahat idi, yoxsa qayıtmaq istəyirdin?

- Təbii ki, qayıtmaq istəyirdim.

Azərbaycana 2006-cı ildə qayıtdım və belə qərara gəldim ki, bu idmanı burda tanıdım. Hal-hazırda özüm Azərbaycan Pankration Federasiyasının üzvüyəm, müəllimim də Azad Əsgərovdur.

Azərbaycana gələndə elə ilk dəfə onun yanında məşqlərə başladım. Həm də Azad müəllim MMA  Pankration Federasiyasının  prezidentidir.

- Çox döyüş keçirmisən, amma biz çoxundan xəbərsizik. Niyə mediadan belə kənardasan?

- Bəli, çox döyüşlərim olub. 2006-cı ildə Respublika çempionu olmuşam, 1-ci yerə çıxmışam. Gürcüstanda 2006-cı ildə peşəkarlar arası döyüşdə 1-ci olmuşam. Qazaxıstanda 2007-ci ildə 3 döyüş keçirdim və 1-ci oldum. Samara şəhərində 3 döyüş keçirdim, qalib oldum.  2007-ci ildə  hərbi xidmətə getdim. Bir müddət ara verdim, qayıdandan sonra yenidən məşqlərimə başladım. 2011-ci ildə MMA üzrə Qazaxıstanda 3-cü yerə çıxmışam. Daha sonra həmin il Avropa çempionatı MMA Grappling Pankration  üzrə 3-cü yerə çıxdım.

Mediadan kənardayam. İstəmirəm göz önündə çox olum. Əsas odur ki, idmanımla məşğulam və bu mənə bəsdi. Həm də tələbələrim var, dərslərimi keçirəm, həm də özüm məşqlərimi edirəm.

- 2010-cu ildə keçirilən turnirdə - baxmayaraq ki, orda çox güclü idmançılar iştirak edirdi, amma qalib olmuşdun.

- Deməli, 2010-cu ilin may ayında Azərbaycan WS Evrope  turniri keçirilirdi və Avropadan güclü idmançılar dəvət edilmişdi. Aleksandr Semelyenko kimi güclü idmançılar var idi. Amma bu döyüşdə mən qalib gəldim. Fransızlarla döyüşürdüm. Məndən çəkidə böyük olmaqlarına baxmayaraq mən qalib oldum.

- Hansı ölkənin idmançısı ilə döyüşmək sənə çətin gəlir?

- Düzü, çox döyüşdə görürəm ki, onlar məndən çəkinirlər.

- Rinqə döyüşə Tacikistan idmançısı ilə çıxanda dini musiqi ilə çıxmışdın. O musiqi səslənəndə zalda bir sükut çökdü sanki. Maraqlıdır, niyə, məhz dini musiqi ilə?

- Hər kəsin öz zövqü, sevdiyi, dinlədiyi musiqilər var. Mənim də üstünlük verdiyim musiqilər dini musiqilərdir. Döyüşlərə çıxanda mütləq musiqi səslənməlidi. Kimi əcnəbi musiqiyə, kimi də mənim kimi dini musiqiyə üstünlük verir.

- Bildiyimə görə zədə olanda idmançı döyüşməməli və  güləşməməlidi, amma səndə əksinədir.

- Bəli, mən hər döyüşə zədəli gedirəm. Çox döyüşdə də zədəli olmağıma baxmayaraq qalib gəlmişəm, amma təbii ki, döyüşdən əvvəl müqavilə bağlanır. Zədəli halda döyüşə çıxmaq ona görə bir az təhlükəlidir.

- Hansı idmançımızı bəyənirsən? Yetəri qədər güclü idmançılarımız var. Kumirin kimdi, deyə bilərsən?

- Ruslan Əfəndiyev var. Azərbaycan MMA üzrə komandanın baş məşqçisidir. Onun mənə dəstəyi böyükdür. Amma təbii ki, yaxşı idmançılarımız var. Fərid Mansurovu həm idmançı kimi, həm də insan kimi bəyənirəm. Kumirim isə dünya şöhrətli idmançı Belfortdur.

- İnsan istirahət etmədən hansısa bir işi keyfiyyətli görə bilməz, təbii ki. Amma idmançıların əksəriyyəti istirahət etmir, lakin buna baxmayaraq qalibiyyətləri davamlı olur. Sən necə, istirahət edə bilirsən?

- Desəm ki, istirahətə çox vaxt ayırıram, səhv olar. Çünki heç vaxt tapa bilmirəm. Məşq, ancaq məşq. Yarışlara hazırlaşmaq məsuliyyət tələb edir. Buna görə də vaxtımın çoxunu məşqlərə ayırıram.

Nərmin Kazımova
Foto: Ratmir Şərifov

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri