Bu gün Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 28 banka satılıb.
Bu barədə Neft Fondundan Oxu.Az-a bildirilib.
İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.
Qeyd edək ki, avqustun 23-də Dövlət Neft Fondu tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 46 milyon ABŞ dolları məbləğində vəsait 25 banka satılıb.
Ülviyyə R. Əli
www.oxu.az