Sentyabr ayının 7 və 8-i tarixlərində "AccessBank"ın təşkilatçılığı ilə media nümayəndələri üçün Qəbələ şəhərinə press-tur reallaşdırılıb.
Oxu.Az xəbər verir ki, press-tur çərçivəsində jurnalistlərə təlimçi, BP şirkətinin xarici əlaqələr üzrə meneceri Rəşad Bayramov tərəfindən “Təsirli nitqin 4 sirri” mövzusunda təlim keçirilib.
İştirakçılar müxtəlif təqdimatlar, rəsmi və ya qeyri-rəsmi çıxışlar zamanı auditoriyanın diqqətini özünə sürətli cəlb etmək, informasiyanı daha yaddaqalan, maraqlı və canlı şəkildə təqdim etmək, nitq zamanı auditoriyanı sürətli şəkildə ələ almaq və etimadını qazanıb, diqqəti lazımi nüanslara yönəltməklə bağlı məlumatlandırılıblar.
Təlim iki hissədən ibarət olub. İkinci hissə, əsasən, praktik əhəmiyyət daşıyıb.
L.Ə.