Dünən axşam Azərbaycanın Qolf Akademiyasında paytaxtın klub həyatında mühüm hadisə - konsaltinq və audit sahəsində peşəkar xidmətlər təklif edən beynəlxalq PricewaterhouseCoopers şirkəti tərəfindən təsis olunmuş “After Six” elitar biznes klubunun təqdimatı keçirildi.
Marketinq və korporativ kommunikasiyalar üzrə departamentin rəhbəri Aysel Süleymanovanın sözlərinə görə, belə klubun yaradılması ideyası xeyli müddətdir ki, yaranıb:
“Bugünkü təqdimat gərgin bir işin nəticəsi oldu. Bizim klubumuz PricewaterhouseCooper-in müştərilərini birləşdirəcək, onlar üçün məcburi olmayan və qeyri-rəsmi ünsiyyət şəraiti yaradacaq. Klubumuzun adı – “After Six” özü hər şeydən xəbər verir. Klubun iki əsas məqsədi olacaq: birinci bilavasitə Networking Cafe. Bu məqsəd çərçivəsində biz müəyyən diskussiyaların, debatların keçirilməsi və bizimlə tərəfdaşlarımız, müştərilərimiz arasında interaktiv ünsiyyətin aparılması üçün tədbirlər təşkil edəcəyik. Tədbirlər hər dəfə müxtəlif yerlərdə keçiriləcək və klubun üzvləri ayda bir-iki dəfə toplaşacaqlar.
Məsələn, növbəti görüş Four Seasons otelindəki Bentley Bar-da baş tutacaq və “Big Bosses, Money&Business” adlanacaq. Tədbirdə xoş və rahat atmosferdə biz və tərəfdaşlarımız arasında “Böyük şirkətlərin rəhbərləri necə qərar qəbul edirlər” mövzusunda interaktiv diskussiya aparılacaq.
Bundan sonra biz bir müddət əvvəl inşa olunmuş mədəni mərkəzlərdən birində, sonra isə Emporium concept store-də görüşməyi planlaşdırırıq ki, bu da xüsusilə zərif cinsin nümayəndələri üçün çox maraqlı olacaq. Beləliklə, gördüyünüz kimi, ideyalarımız çoxdur.
Klubun işinin ikinci istiqaməti şərti olacaq Special You adlandır. Bu istiqamət çərçivəsində klubumuzun üzvlərinə rəsmi tərəfdaşlarımızın təqdim etdikləri xüsusi şərt və proqramları təklif edəcəyik. Məsələn, artıq bizim Azərbaycanın Qolf Federasiyası, həmçinin Rixos otelindən xüsusi paketimiz var”.
Təqdimat mərasimini PricewaterhouseCooper-in Azərbaycandakı idarəçi tərəfdaşı Mövlan Paşayev açaraq, klubun ilk görüşünü Qolf Akademiyasında keçirmək imkanı yaratdığı üçün Azərbaycanın Qolf Federasiyasının prezidenti Anar Məmmədova, həmçinin Federasiyanın bütün əməkdaşlarına təşəkkürünü bildirdi.
“Məqsədimiz yerli biznesin liderlərinin toplaşa biləcəyi qeyri-rəsmi platforma yaratmaq idi. Onlar burada xoş atmosferdə cari problemləri müzakirə edə bilərlər. Biz istərdik ki, ağıllı insanları bir yerdə toplayaq və onlar burada maraqlandıqları istənilən mövzuda söhbət edə bilsinlər. Əvvəllər də bu kimi təşəbbüslər irəli sürülsə də, onların hamısı müvəqqəti xarakter daşıyırdı. Biz isə ümid edirik ki, bu, qlobal təcrübəmizi paylaşa biləcəyimi uzunmüddətli layihə olacaq. Belə ki, mövcud olduğu 180 il ərzində şirkətimiz biznesin aparılması üzrə çox böyük təcrübə toplaya bilib”.
Tədbirin qonaqları mehriban ünsiyyətdən, möhtəşəm canlı musiqidən tam şəkildə zövq ala, həmçinin meydança və xüsusi tədris simulyatorunda qolf oyunu üzrə qüvvələrini sınaya bildilər.
Aliyə İsmayılzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az