Bu ilin ikinci yarısından etibarən artıq Azərbaycanda “AVRO-5” standartlarına cavab verən yanacaq istehsal ediləcək.
Oxu.Az xəbər verir ki, bunu mediaya açıqlamasında Heydər Əliyev adına Neft Emalı zavodunun “Modernizasiya və yenidənqurma” layihəsinin rəhbəri Emil Alxaslı deyib.
Zavod tam istismara verildikdən sonra daxili bazar “Avro 5” standartlarına uyğun dizel və benzinlə tam təmin ediləcək.