2026-cı ilin yanvar-iyun ayları ərzində 22 690 şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, onların 54.53%-ni kişilər, 45.47%-ni isə qadınlar təşkil edib.

Qaynar xətt:
(055) 224 12 12