Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

AMB 2025-ci il üçün pul siyasətinin məqsədini və çərçivəsini açıqladı
2025-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) pul siyasəti onun başlıca mandatı olan qiymət sabitliyinin təmin edilməsinə, inflyasiyanın müəyyən edilmiş hədəf daxilində sabitləşməsinə yönəldiləcək.
Oxu.Az xəbər verir ki, bu barədə AMB-nin 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
Bəyanata əsasən, pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcək.
"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq pul siyasətinin hədəfi növbəti ildə də illik inflyasiyanı 4±2% səviyyəsində saxlamaqdan ibarət olacaq. Əvvəlki illərdə olduğu kimi, növbəti ildə də hədəf göstəricisi Dövlət Statistika Komitəsinin hesabladığı istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaq.
AMB-nin son (oktyabr 2024-cü il) proqnozlarına görə, 2025-ci ildə illik inflyasiyanın 5.8% ətrafında olacağı gözlənilir ki, bu da hədəfə uyğundur. AMB 2025-ci ildə də inflyasiya amillərinin hərtərəfli təhlili əsasında özünün inflyasiya proqnozlarını müntəzəm yeniləyəcək. Eyni zamanda inflyasiya gözləntilərinin qiymətləndirilməsi davam etdiriləcək.
Qiymətlərin sabitliyi ilə bağlı bir sıra xarici və daxili risklər aktuallığını saxlayır. Növbəti ildə də xarici faktorlar - dünya bazarında əmtəə qiymətlərinin dinamikası, tərəfdaş ölkələrdə inflyasiya prosesi və iqtisadi aktivlik ölkədəki inflyasiya proseslərinə təsir göstərəcək. Geosiyasi gərginliyin davam etməsi şəraitində sözügedən xarici faktorların dəyişkən olaraq qalacağı gözlənilir. Məcmu tələbin izafi genişlənməsi ehtimalı, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmət tariflərinin dəyişimi, habelə inflyasiya gözləntilərinin artması isə qiymət sabitliyi üçün daxili risk mənbələridir.
"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
- Manatın nominal effektiv məzənnəsi ucuzlaşıb
- Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ
- Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını verəcək
- Azərbaycan Mərkəzi Bankı kredit təşkilatını və onun vəzifəli şəxsini CƏRİMƏLƏDİ
- Dünya Bankı yaxın beş ildə Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb