"Azərbaycan işğaldan azad edilmiş ərazilərini bərpa edir, bu istiqamətdə 10 milyard ABŞ dollarından çox vəsaiti ev və mənzil tikintisinə yönəldib".
Oxu.Az xəbər verir ki, bunu maliyyə nazirinin birinci müavini Anar Kərimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma" adlı tədbirdə bildirib.
"Azad edilmiş ərazilərdə yenidənqurma Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindəndir. Buna həm də inkişaf kimi yanaşmaq lazımdır", - deyə nazir müavini vurğulayıb.