"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bir neçə istehsalçıdan yeni vaqonlar alacaq".
Bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Depolarla üzrə iş departamentinin baş mühəndisi Aydın Bəkirov deyib.
O bildirib ki, hazırda metropolitenin nümayəndə heyəti bununla bağlı danışıqlar aparır:
"Həm "Stadler", həm "Şkoda" şirkətləri ilə, həm də buna qədər vaqonları aldığımız Rusiya və Çin istehsalçıları ilə danışıqlar aparırıq. Danışıqlar başa çatandan sonra bu şirkətlərin biri ilə müqavilə bağlayıb, həmin şirkətlərdən vaqonlar sifariş verəcəyik. Bu günə qədər "Metrovaqonmaş" şirkəti ilə müqavilə bağlayırdıq, vaqonları həmin şirkətdən alırdıq. Amma indi adıçəkilən şirkətlərlə danışıqlar gedir. Nümayəndə heyətimiz də bu məqsədlə səfərdədir. Danışıqlar yekunlaşandan sonra müəyyən edilmiş şirkətlə yeni müqavilələr bağlanacaq və həmin şirkətdən tədricən 120 yeni vaqon alınacaq.
Hazırda xətdə olan 36 qatar tərkibli 180 yeni vaqonu "Rusiyanın "Metrovaqonmaş" şirkətindən almışıq. Bundan sonra isə 120 vaqonu yeni müqavilə bağlayacağımız şirkətdən alacağıq. 2030-cu ilə qədər metroda yeni vaqonların sayı 300-ə çatdırılmalıdır. Ona görə də hazırda həmin şirkətlərlə danışıqlar aparılır".
Samir Əli